Treyderlərə



Xətalarınıza məğlub olursunuz?

Birja ticarəti ilə nə qədər yaxından tanış olsanız da, ticarət keçmişinizə əsaslanaraq özünüzü təcrübəli treyder hesab etsəniz də xəta etmək riskiniz hər zaman vardır. Birjada ticarət qərarlarınız hər zaman müsbət nəticələnməyə də bilər. Bəzən çətin durumlara da düşə bilərsiniz. Lakin verdiyiniz doğru qərar sayəsində çətinlikləri yekun nəticədə uğura çevirə bilmirsinizsə, daxili hissləriniz qələbələrinizi əngəlləyirsə biliklərinizi daha professional səviyyədə inkişaf etdirməyə ehtiyacınız var.


Davamlı gəlir qazanın!

InvestAZ-ın Təcrübəli Treyderlər üçün təşkil etdiyi tədris kurslarına qatılaraq bilik və təcrübənizi daha professional səviyyədə artıra bilərsiniz. Bu tədris proqramlarında əldə edəcəyiniz biliklər dünya birjalarındakı qiymət dəyişikliklərinin təbii məntiqini sadəcə ehtimallarınıza görə deyil, ruhunuzla da duya bilməyinizə yardım edəcəkdir. Professional kurslar Sizə fərqli gəlir dünyasını yenidən kəşf etdirəcəkdir. Hisslərinizə hakim olmağı öyrənin!


Fundamental Analiz

Fundamental analizə həsr olunmuş bu kursda dinləyicilərə ümümi iqtisadi göstəricilərdən istifadə edərək Maliyyə Bazarlarının proqnozlaşdırılması və dünyada baş verən hadisələrin düzgün qiymətləndirilməsi tədris olunmaqdadır.

79 AZN
Qeydiyyat formu

Risk Menecment

Istər günlük həyatımızda, istər iş şəraitində, istərsə də Maliyyə Bazarlarında tutduğumuz mövqe əməliyyatlarımızın xüsusiyyətləri və təhlillərimizdən asılı olaraq müəyyən risklərə məruz qalırıq. Bu risklərin mənşəyi, azaldılması və ya köçürülməsi yolları haqqında dərsləri məhz bu kursda ala bilərsiniz.

299 AZN
Qeydiyyat formu

İnvestOR

Peşəsindən, yaşından, cinsindən və sosial statusundan asılı olmayaraq hər kəs investor olmalıdır. Bu kursda Sizə nə üçün investor olmalı olduğunuz, hansı yol ilə investor ola biləcəyiniz, Sizin gəlirlilik istəyinizin risklərinizə bağlılığı və hələ kəşf etmədiyiniz investisiya yolları haqqında ətraflı məlumat əldə edəcəksiniz.

499 AZN
Qeydiyyat formu

Texniki Analiz

Texniki analiz kursuna qatılan dinləyicilərə qrafik və riyazi metodla yanaşı, peşəkar səviyyədə Yapon Şamlarının tətbiqi öyrədiləcəkdir. Kurs iştirakçıları Elliot Dalğa Nəzəriyyəsi və Bill Vilyamsın indikatorları ilə ticarət strategiyalarının qısa təqdimatı ilə də tanış olacaqlar.

399 AZN
Qeydiyyat formu

Elliot Dalğa Nəzəriyyəsi

Birjalarda qiymət dəyişiklikləri nə qədər qarışıq görünsə də hər zaman müəyyən qanunauyğunluqları qorumaqdadır. Elliot Dalğa Nəzəriyyəsini öyrənərək birjalardakı kütlə psixologiyasını anlamaqla gələcək dəyişiklik istiqamətlərini peşəkar səviyyədə proqnozlaşdıra bilərsiniz.

499 AZN

Dalğa nəzəriyyəsi birjalardakı qiymət dəyişikliklərinin bütövlükdə kainatın tabe olduğu təbbi qanunauyğunluqlar çərçivəsində ən mükəmməl analiz metodudur. Bu nəzəriyyəni öyrənərək birjalardakı kütlə psixologiyasını anlamaqla yanaşı qiymət dəyişikliklərinin hansı inkişaf mərhələsində olduğunu da doğru şəkildə müəyyənləşdirə bilər və gələcək dəyişiklik istiqamətlərini professional şəkildə proqnozlaşdıra bilərsiniz.


Dalğa nəzəriyyəsini bilmək nə üçün önəmlidir?

Dalğa nəzəriyyəsinin ən önəmli xüsusiyyəti kainatdakı canlı və cansız bütün sistemlər kimi birjalardakı qiymət dəyişikliklərini də təbbi qanunauyğunluqlara əsaslanaraq incələməsidir. Dalğa nəzəriyyəsini bilmək birjalarda kütlə psixologiyasını anlamağa yardım edir. Qiymət dəyişikliklərini Dalğa nəzəriyyəsi qanunauyğunluqlarına əsaslanaraq analiz etsəniz ən kiçik qiymət dəyişikliklərindən uzun illik trendlərə qədər tendensiyalardakı real mənzərəni daha aydın görə bilərsiniz.


Nələri öyrənəcəksiniz?

  • - Qiymət dəyişikliklərinin dalğa modelləri
  • - Fibonaççi sıralaması
  • - Birjalardakı Qızıl nisbət qanunları
  • - Dalğa xüsusiyyətləri
  • - Fraktal həndəsəsi
  • - Sərmayə idarəçiliyi və ticarət strategiyaları

Qiymət dəyişikliklərində gələcəyin proqnozlaşdırılması
Dalğa nəzəriyyəsinin qanunauyğunluqlarını bilmək birja iştirakçılarına gələcək qiymət dəyişikliklərini proqnozlaşdırmağa yardım edir. Elliot dalğa nəzəriyyəsi sayəsində birjalardakı mövcud durumu daha dəqiq anlaya bilər və gələcək qiymət hədəflərini daha doğru şəkildə proqnozlaşdıra bilərsiniz.


Sərmayə idarəçiliyində təmin etdiyi üstünlüklər
Dalğa nəzəriyyəsi birja ticarətində daha az risklə daha çox mənfəət qazana bilmək ehtimalını artırır. Qızıl nisbət qanunauyğunluqları birjalarda ticarət edən hər bir iştirakçını qeyri-müəyyənliklər məngənəsindən xilas edər. Əldə edəcəyiniz biliklər ticarət qərarlarınızdakı effektivliyi artıracaqdır.


Elliot dalğa nəzəriyyəsi kursu maliyyə bazarlarında müəyyən təcrübəyə malik insanların professional treyder keyfiyyətlərini artırmağa imkan verən mükəmməl vasitədir.


Ehtimallara son... Özünüz proqnozlaşdırın!
Qeydiyyat formu

Xaos Nəzəriyyəsi

Xaos nəzəriyyəsinin tətbiqi ilə peşəkarlara keçirilən kurs sayəsində ticarət fəaliyyətinizdəki tərəddüdlərdən, qorxu hissindən və yanlış qənaətlərdən azad ola bilərsiniz. Məhz bu kurs Sizə Maliyyə Bazarlarında yeni bir dünya açacaqdır; Elə bir dünya ki, qiymət dəyişiklikləri Sizə nə etmək lazım olduğunu özləri söyləyəcəkdir.

1499 AZN
Qeydiyyat formu

İxtisas İmtahanları

Azərbaycanda Qiymətli Kağızlar Bazarında peşəkar fəaliyyətə başlamaq istəyən hər bir fiziki şəxs çalışdığı şirkət vasitəsilə attestasiyadan keçməlidir. Bu kurs Sizə ixtisas şəhadətnaməsinin alınması üçün lazım olan attestasiya imtahanlarına ən qısa zamanda və effektiv şəkildə hazırlaşmağınızı və yüksək nəticə əldə etməyinizi təmin etmək məqsədilə ərsəyə gətirilmişdir.

999 AZN
Qeydiyyat formu

A-dan Z-yə Foreks Əlifbası

Foreks və bu birjada uğurlu ticarət sirlərinin ilk dəfə olaraq doğma ana dilimizdə A-dan Z-yə açıqlandığı kitaba Siz də sahib olun! Oxuyun, öyrənin, fürsətləri qazanca çevirin!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!
InvestAZ MT4
Ticarət etməniz üçün proqram
Yükləyin
Elnur Əliyev
İlk dəfə Forex-AZ şirkətinə gələrkən...
Bütün şərhlər