Professional treyder necə olmalı?



1.Maliyyə və İqtisadiyyat sahəsində ilkin bilikləriniz olmalıdır

Maliyyə bazarları iqtisadiyyatla sıx əlaqəlidir. Professional treyder iqtisadi göstəricilərin nəyi ifadə etdiyini, Mərkəzi Bankların ölkə iqtisadiyyatındakı rolunu, Dünya Maliyyə Bazarlarının ölkə iqtisadiyyatına təsir xüsusiyyətlərini bilməli və bu biliklərinə əsaslanaraq ölkələrdəki siyasi və iqtisadi dəyişikliklərin milli valyuta dəyərinə nə cür təsir edə biləcəyini proqnozlaşdırmağı bacarmalıdır.


İqtisadi savadlılıq insanların gündəlik həyatları üçün də önəmlidir. Bütün insan yaşamının gəlir-xərc mütənasibliyinə bağlı olması iqtisadiyyat haqqında biliklərin önəmli olduğunu bir daha sübut edir.



2.Özünüzə məxsus ticarət strategiyası qurmalısınız

Həyatın hər bir sahəsində olduğu kimi maliyyə bazarlarında da planlı və düşünülmüş şəkildə fəaliyyət uğurların açarıdır. Foreksdə iştirak edən bütün uğurlu treyderlərin özünəməxsus ticarət strategiyaları vardır. Bu insanların uğurlarının başlıca səbəbi də məhz budur. Maliyyə bazarlarında plansız ticarət edən iştirakçı okeanda istiqamətini itirmiş yelkən kimi hara getdiyini və qarşıda nələrin gözlənildiyini dərk etməz. Əksinə, planı və xəritəsi olan bir yelkən küləyin hansı istiqamətdə əsməsindən asılı olmayaraq yoluna inamla davam edər. Bir yol xəritəsi olaraq hazırlayacağınız ticarət strategiyası Foreksdə qazancın zövqünü yaşamağa kömək edəcəkdir.


Uzun müddət qazanacağını bilmək və buna inanmaq çətinliklərin öhdəsindən gəlməyə sövq edəcəkdir.



3.Ticarətdə intizamı qorumalı və planlarınıza riayət etməlisiniz

Effektiv ticarət planına malik olmadan və bu planı intizamlı şəkildə həyata keçirmədən maliyyə bazarlarında uğur qazanmaq qeyri-mümkündür. İntizamlı ticarət, treyderlərə zərərlərdən maksimum dərəcədə yayınmağa imkan yaradır. Həyata keçirilən hər bir əməliyyatda mənfəət və zərər ehtimallarının qabaqcadan müəyyənləşdirilməsi treyderlərə kapitalı effektiv idarəetmə bacarığı qazandırır və eyni zamanda birja ticarətinə oyun kimi yanaşma düşüncəsini də aradan qaldırır.



4.Başqalarının təklif və fikirlərinə görə hərəkət etməməlisiniz

Daha öncə də qeyd olunduğu kimi hər bir treyder özünəməxsus ticarət planı və strategiyasına malik olmalıdır. Uğurlu treyderlər qiymət hərəkətlərini analiz edərkən şəxsi bilik, təcrübə və proqnozlarına əsaslanırlar. Yüksək qazanc vəd edən və ya konkret fəaliyyət istiqaməti tövsiyyə edən məsləhətçilərin nə dərəcədə uğurlu olduqları qeyri-müəyyəndir.

A-dan Z-yə Foreks Əlifbası

Foreks və bu birjada uğurlu ticarət sirlərinin ilk dəfə olaraq doğma ana dilimizdə A-dan Z-yə açıqlandığı kitaba Siz də sahib olun! Oxuyun, öyrənin, fürsətləri qazanca çevirin!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!