Foreksdə qazanmaq istəyirsiniz?


Foreksdə mənfəətin məhdudiyyəti yoxdur. Lakin, hər bir biznes sahəsində olduğu kimi Foreksdə də qazancın müəyyən sistemi və fəlsəfəsi vardır. Doğru ticarət qərarları və düzgün fəaliyyət strategiyası Foreksdə uğurların təməlidir.


Bu birjada fəaliyyət göstərən bütün uğurlu treyderlər bazarın fəaliyyət mexanizmi ilə bağlı biliklərini mütəmadi olaraq professional səviyyədə artırmağa çalışırlar. Birja ticarəti zamanı doğru qərar verə bilmək və uğurlu ticarət strategiyaları qura bilmək üçün bu sahədə professional tədris almaq vacib şərtdir.
Uğurlu ticarət üçün biliklərinizdən faydalanarkən psixologiyanız Sizi doğru yönləndirməlidir. Hirs və ya zərər etmə qorxusu doğru qərarlar verərək uğurlu ticarət etmənizi çətinləşdirə bilər. Bu səbəbdən birja ticarətində psixoloji faktorların təsirinə də əhəmiyyətsiz yanaşmamalısınız.

Foreksdə uğurlu ticarət üçün riayət ediləcək qaydalar

Bu işlə uzun müddət məşğul olacağınızı düşünün. Təsəvvür edin ki, bütün ömrünüz boyu bu birjada ticarət edəcəksiniz. Qazanacağını dərk etmək önəmlidir. Zehni analiz və geniş planlama sayəsində bütün uğurlu treyderlər ticarətə başlamadan öncə qərarlarının müsbət və mənfi nəticələrini proqnozlaşdırırlar. Uzunmüddətli perspektivdə qazanacağına ümid etmək və buna inanmaq qarşıya çıxan çətinliklərin öhdəsindən gəlməyə yardım edər.


"Qısa müddətdə zəngin olacağına ümid edərək ticarət edən şəxs zərərlərini vaxtında bağlamaqla mənfəətli əməliyyatlarını uzun müddət açıq saxlamaq iqtidarında deyil."



Daim oxuyun

Daha çox oxumağa və bu sahədə uğurlu insanların fikirlərini öyrənməyə çalışın. Lakin bu fikirlərin ticarət qərarlarınıza təsir etməsinə imkan verməyin.


Acgözlü davranmayın

Foreksdə qiymət dəyişiklikləri daim vardır. Hər zaman yeni-yeni imkanlarla qarşılaşacaqsınız. Bütün fürsətlərdən faydalanmaq məcburiyyətində deyilsiniz.

Özünüzəməxsus analiz üsulunu seçin

Birjalar çoxölçülü dəyişkəndir. Mövcud vəziyyəti bir neçə üsulla incələyə bilmək uğur qazandırır. Dəyişiklikləri analiz edərkən keçmiş məlumatları və təcrübənizi də nəzərə almalısınız.


Foreksdə ticarət əməliyyatları marjinal ticarət prinsipi ilə həyata keçirildiyindən və ikitərəfli olduğundan birja iştirakçıları əməliyyatlarını kortəbii həyata keçirsələr belə bir müddət mənfəət qazana bilərlər. Lakin bu sahədə bilik və təcrübənin olmaması yekun nəticədə böyük zərərlərə yol aça bilər.


Foreks ticarətində uzunmüddətli mənfəət əldə edə bilmək üçün gələcək qiymət dəyişikliklərini proqnozlaşdırmağı bacarmalısınız.


Aşağıdakı 3 sualı cavablandıra bilirsinizsə Forekslə bağlı tədris almanıza ciddi ehtiyac yoxdur. Belə ki, artıq bacarıqlı treydersiniz.



1. Nə zaman ticarətə başlamalıyam?

2. Nə vaxta qədər əməliyyatımı açıq saxlayacağam?

3. Hansı mövqedə əməliyyatımı bağlayacağam?



Bu sualları cavablandıra bilirsinizsə bu birjada mənfəət qazanma ehtimalınız yüksəkdir. Foreksdə uğurlu ticarət üçün ilk öncə bu sahə ilə bağlı bilikli olmaq vacib şərtdir. Bunun üçün professional tədris almalısınız.


Psixoloji faktorlar

Foreks ticarəti sadəcə alqı-satqı etmək demək deyil. Maliyyə bazarlarında baş verənləri anlamaq üçün hər şeydən öncə insan və kütlə psixologiyasını incələməyi bacarmalısınız.


Gündəlik həyatımızda duyduğumuz qorxu, ümid, təşviş kimi hisslər sərt birja ticarəti şərtlərində ağ kağız üzərinə tökülmüş mürəkkəb kimidir.


Hər bir insana xas olan daxili hisslər yüksək templi birja ticarətində böyük rol oynayır.


Zəif və özünə güvənən, tamahkar və ləng - bütün bu xüsusiyyətlərə malik treyderlərin birjada uğursuzluğa düçar olacaqları mütləqdir.


Şəxsi keyfiyyətlərinə və imkanlarına, daxili xarakterin müsbət və mənfi cəhətlərinə bələd olmaq birja iştirakçısını müflisləşmək təhlükəsindən xilas edir. Buraya psixoloji durum və kütlə psixologiyasının doğru analizini də əlavə etsəniz uğur şansını böyük ölçüdə artıra bilərsiniz.


Gün ərzində 24 saat çalışan, iqtisadi və siyasi xəbərlərə son dərəcə həssas və sərt qiymət dəyişikliklərinin yaşandığı birjalarda sakit davrana bilmək olduqca önəmlidir. Məntiqli və təşvişə qapılmadan, sistemli şəkildə ticarət edilərsə mənfəət ehtimalı artmış olar.


Tamah

Tamah hissi az olan birja içtirakçısı əlverişli şəraitlərdə daha az ticarət edərək daha çox sayda fürsətləri qaçıracaqdır.


Bunun əksinə, tamah hissi kifayət qədər yüksək olan treyder mümkün qədər daha çox sayda ticarət edəcək və bununla da özünü qeyri-müəyyən risklərlə üzləşmək təhlükəsi ilə qarşı-qarşıya qoyacaqdır.


Bütün bu xüsusiyyətlərə maliksinizsə birja ticarəti əvəzinə şans oyunlarında iştirak etməniz daha məqsədəuyğundur.


Ümid və güman

Birja içtirakçısını ticarətə sövq edən faktorlardan biri də çox qazanmaq ümididir. İnsanlar təbii olaraq bütün fəaliyyətlərinə qazanc ümidi ilə başlayırlar.


Hədsiz ümid hissinə maliksinizsə imkanlarınızı reallıqdan daha üstün dəyərləndirir, real analiz bacarığınızı itirmiş olarsınız. Reallıqları ümidlərinizdən və tamahınızdan üstün tutmağı bacarmalısınız.


Hədsiz ümid hissi birja ticarətinə yeni başlayanları iflasa sürükləyir.


Aşağıdakı hallarda ümid hissi treyderin ticarət qərarlarına daha çox təsir edir:


- Bazara daxil olarkən
- Ticarət əməliyyatı zərərə uğradıqda

Qorxu

Qorxu hissi daha çox ticarət əməliyyatlarında zərər meydana gəldiyi zaman yaranır. Qorxu hissi bir çox treyderləri iflic edir. Bu halda zərərlərin qarşısı vaxtında alınmaz və iflas təhlükəsi yaranır...


Bir çoxları isə qorxu hissinin təsiri ilə kifayət qədər düşünülməmiş ticarət qərarları alır, yeni əməliyyatlara başlar və beləliklə zərərlərini daha da artırmış olurlar.


Kritik durumlarda arzuolunmaz istiqamətdəki qiymət dəyişikliklərinin xoşbəxt gələcəklə bağlı ümidləri nə cür məhv etməsini sadəcə izləməkdənsə müəyyən tədbirlər görmək daha məntiqlidir. Lakin bu tədbirlər sağlam düşüncə tərzinə əsaslanmalı, fəaliyyət əvvəlcədən tərtib olunmuş plana əsasən həyata keçirilməli, təşvişin yaranmasına yol verilməməlidir.


"Birja ticarətinə yeni başlayanların zəif cəhətləri professional treyderlər üçün qazanc mənbəyidir."

A-dan Z-yə Foreks Əlifbası

Foreks və bu birjada uğurlu ticarət sirlərinin ilk dəfə olaraq doğma ana dilimizdə A-dan Z-yə açıqlandığı kitaba Siz də sahib olun! Oxuyun, öyrənin, fürsətləri qazanca çevirin!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!