Foreksdə uğurların açarı peşəkar bilikdir




Həyatın hər bir sahəsində olduğu kimi Foreks ticarətində də uğur qazanmağın müəyyən sistemi və fəlsəfəsi vardır.
Foreksdə ticarət əməliyyatları marjinal ticarət prinsipi ilə həyata keçirildiyindən və ikitərəfli olduğundan birja iştirakçıları əməliyyatlarını kortəbii həyata keçirsələr belə bir müddət mənfəət qazana bilərlər. Lakin, bu sahədə bilik və təcrübənin olmaması yekun nəticədə böyük zərərlərə yol aça bilər.


Doğru qərarlar və düşünülmüş ticarət strategiyası Foreksdə uğurların təməlidir.


Foreksdə tədris nə üçün önəmlidir?


InvestAZ-da tədris almağınız üçün bir çox səbəb var...

Qiymət dəyişikliklərinin professional analiz üsullarını öyrənin, sərmayənizi peşəkar şəkildə idarə edin!


Kurslarımızda yiyələnəcəyiniz bilik və peşəkar təcrübə maliyyə bazarlarında ticarət bacarığınızı artırmanıza və psixoloji maneələrinizi aradan qaldırmanıza yardım edəcəkdir. Tədris proqramlarımıza qatılaraq Dünya Maliyyə Bazarları ilə bağlı biliklərinizi professional səviyyədə artırın!

Zaman və məkan məhdudiyyətlərinizdən asılı olmayaraq birja ticarəti üzrə peşəkar bilik və bacarığa yiyələnin!


Tədris kursları InvestAZ şirkətinin professional Foreks Tədris Mərkəzində təşkil edilir. İş qrafikiniz əyani təhsil imkanlarınızı məhdudlaşdırırsa məsafədən təhsil seçimindən də faydalana bilərsiniz. Tədris proqramlarımızda əldə edəcəyiniz biliklər dünya birjalarındakı dəyişiklikləri düzgün dəyərləndirməyinizə yardım edəcəkdir. Tədris kurslarına qatılmaq üçün istəyinizə uyğun kursu seçərək müvafiq qeydiyyat formasını doldurmanız yetərlidir.

Risk etmədən təcrübə qazanın, real birja ticarətinə inamla başlayın!


Tədris prosesi real birja ticarəti üzrə həm nəzəri, həm də praktiki hazırlığı əhatə edir. Nəzəri seminarlardan sonra əldə etdiyiniz bilikləri mütəxəssislərin nəzarəti altında praktiki sınaqdan keçirmək imkanına da sahibsiniz. Tədris kurslarında biliklə yanaşı təcrübənizi də artıraraq real birja ticarətinə inamla başlayın!

Peşəkar səviyyədə təşkil olunan və iki qrupa ayrılan tədris kurslarımız bu sahəyə həm Yeni başlayanlar, həm də Təcrübəli treyderlər üçün nəzərdə tutulmuşdur.


"Yeni başlayanlara" adlı birinci qrupda Dünya Maliyyə bazarları ilə yeni tanış olan şəxslər xüsusi olaraq bu sahəyə yeni başlayanlar üçün hazırlanmış tədris kurslarından faydalana bilərlər.


"Treyderlərə" adlı ikinci qrupdakı tədris kurslarında isə bu sahədə artıq müəyyən bilik və bacarıqlara yiyələnmiş və mövcud biliklərini daha professional səviyyəyə qaldırmaq istəyən treyderlər iştirak edə bilərlər.


Tədris Mərkəzimizdə hazırlıq kurslarımız həftə içi 5 iş günü, saat 10:00-dan 19:00-dək təşkil edilməkdədir. Kurslarda əyani tədris almaq imkanlarınız məhduddursa məsafadən onlayn tədris sistemimizin imkanlarından da faydalana bilərsiniz.


Tədris kurslarımızla bağlı ətraflı məlumatı birbaşa şirkətimizə müraciət edərək və ya Pulsuz olaraq təşkil etdiyimiz İlkin Tanışlıq Seminarına qatılaraq əldə edə bilərsiniz.

SİZ DƏ QATILIN

A-dan Z-yə Foreks Əlifbası

Foreks və bu birjada uğurlu ticarət sirlərinin ilk dəfə olaraq doğma ana dilimizdə A-dan Z-yə açıqlandığı kitaba Siz də sahib olun! Oxuyun, öyrənin, fürsətləri qazanca çevirin!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!
InvestAZ MT4
Ticarət etməniz üçün proqram
Yükləyin
Arif Həsənov
Forex-AZ -ın təşkil etdiyi treyninq...
Bütün şərhlər