Foreks nədir?


Foreks - valyutaların beynəlxalq alqı-satqı bazarıdır. Lakin bu bazarda ticarət alətləri sadəcə valyutalardan ibarət deyil. Günümüzdə Foreks birjasında xidmət göstərən broker şirkətləri müştərilərinə neft, qızıl, beynəlxalq şirkətlərin səhmləri və bir sıra digər sərmayə alətlərində də ticarət imkanı yaradırlar.




Foreksdə bütün əməliyyatlar bir qayda olaraq broker şirkətlərinin təqdim etdiyi ticarət platformaları vasitəsilə icra edilir. Xüsusi hallarda ticarət sərəncamlarını hətta birbaşa telefon vasitəsilə də icra etmək mümkündür.


Bütün dünyada milyonlarca insanın, irili-xırdalı bankların, beynəlxalq korporasiyaların ticarət etdiyi bu birjaya Siz də qatılın, Foreksin heç bir digər maliyyə bazarında əldə edə bilməyəcəyiniz üstünlükləri ilə sərmayənizi sərbəst idarə edin!

Foreks (Forex) - İngiliscə FOReign EXchange kəlmələrinin qısaltmasıdır və müxtəlif ölkələrin valyutalarında ticarətin həyata keçirildiyi dünyanın ən böyük maliyyə bazarıdır. Başqa sözlə, bu birjada bir ölkənin milli valyutasına qarşı digər ölkənin valyutası alınıb-satılmaqdadır.

Foreksdə müxtəlif ölkələrin milli valyutalarının qarşılıqlı olaraq ticarəti həyata keçirilir. Gündəlik 3 trilyon dollardan artıq dövriyyə həcmi və 24 saatlıq iş rejimi ilə Foreks, dünyanın ən böyük maliyyə bazarıdır.

Avro, dollar, İngilis sterlinqi, İsveçrə frankı, Yapon yenası və onlarla digər maliyyə alətlərində hər saniyə baş verən qiymət dəyişiklikləri bütün dünyadan olan Foreks iştirakçıları üçün istənilən həcmdə ticarət etmək və limitsiz gəlir qazanmaq imkanı yaradır.

Müasir texnologiyalar sayəsində Foreks, ənənəvi valyuta mübadilə məntəqələrində həyata keçirilən fəaliyyətin dünya miqyasında, birbaşa internet üzərindən icra edilən analoqudur.

  • Mərkəzi Banklar
  • Valyuta mübadilə məntəqələri
  • İnvestisiya fondları
  • Beynəlxalq şirkətlər
  • Broker şirkətləri
  • Fiziki şəxslər

Yaxın tarixi keçmişədək Foreksdə yalnız məhdud sayda bankların iştirakı mümkün idi və burada bütün əməliyyatlar birbaşa və ya telefon vasitəsilə həyata keçirilirdi. Günümüzdə internet və müasir texnologiyaların inkişafı sayəsində Foreksdə sərbəst sərmayə imkanlarına malik hər bir şəxsin ticarəti daha da sadələşmişdir.


Bunun üçün sadəcə internet şəbəkəsinə bağlı kompyuter vəya ya ticarət platformasını dəstəkləyən mobil telefonunuzun olması kifayətdir. Foreksə ixtisasından və peşəsindən asılı olmayaraq hər bir şəxs, heç bir bürokratik əngəllərlə üzləşmədən olduqca sadə şəkildə qatılaraq müxtəlif maliyyə alətləri ilə sərbəst ticarət edə bilər.



A-dan Z-yə Foreks Əlifbası

Foreks və bu birjada uğurlu ticarət sirlərinin ilk dəfə olaraq doğma ana dilimizdə A-dan Z-yə açıqlandığı kitaba Siz də sahib olun! Oxuyun, öyrənin, fürsətləri qazanca çevirin!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!