Foreksin üstünlükləri



Foreks Sizin maliyyə bazarları ilə bağlı düşüncələrinizi dəyişə biləcək üstünlük və imkanlara sahibdir.



Foreksə hər kəs qatıla bilər

Peşəsindən və ixtisasından asılı olmayaraq hər kəs bu birjada tam sərbəst ticarət edə bilər. Əsas olan qərarınızı qətiləşdirməyinizdir.

İstər maliyyə bazarları üzrə mütəxəssis, istərsə də sadə vətəndaş olun, Foreksə Siz də sərbəst qatılaraq sərmayənizi effektiv idarə edə bilərsiniz.

Sadə və rahat iştirak imkanı

Ənənəvi birjalarda bürokratik əngəllər uzun zaman itkilərinə səbəb olur. Foreksdə isə zaman və məkan məhdudiyyəti olmadan ticarət qərarlarınızı hər saniyə gerçəkləşdirə bilərsiniz. Bu da Sizə qısa zamanda yüksək qazanc imkanı yaratmaqla yanaşı, zaman itkiləri nəticəsində zərər risklərinizi də aradan qaldırmağa imkan yaradacaqdır.

Bütün iştirakçılar bərabərhüquqludur

İstər böyük, istərsə də kiçik sərmayə ilə bu birjaya qatılan bütün iştiraklar üçün ticarət şərtləri eynidir. Hər kəs, dünyanın hər bir yerində eyni qiymətlə ala və eyni qiymətlə sata bilər.

Gündəlik 3 trilyondan artıq dövriyyə həcmi ilə dünyanın ən böyük maliyyə bazarı olması səbəbindən Foreksdə kapital zənginliyindən asılı olmayaraq heç bir iştirakçı süni manipulyasiya edə bilməz.

Ticarət alətləri olduqca zəngindir

Foreks ənənəvi olaraq valyutalarla ticarətin həyata keçirildiyi beynəlxalq birja olmasına baxmayaraq hazırda broker şirkətləri müştərilərinə olduqca fərqli ticarət alətləri də təqdim etməkdədirlər.

Foreksə qatılaraq müxtəlif ölkələrin milli valyutaları ilə yanaşı, neft, qızıl, gümüş, birja indeksləri və beynəlxalq şirkətlərin səhmləri ilə də ticarət edə bilərsiniz.

Foreks aktiv birjadır

Foreksdə alıcı və ya satıcı axtarmağa ehtiyac yoxdur.

Almaq istədiyiniz ticarət alətlərinin hər zaman bir satıcısı, satmaq istədiklərinizin isə hər zaman bir alıcısı vardır.

A-dan Z-yə Foreks Əlifbası

Foreks və bu birjada uğurlu ticarət sirlərinin ilk dəfə olaraq doğma ana dilimizdə A-dan Z-yə açıqlandığı kitaba Siz də sahib olun! Oxuyun, öyrənin, fürsətləri qazanca çevirin!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!