Foreksin əsas anlayışları


Foreksin fəaliyyət məntiqini tam anlaya bilməyiniz üçün bu birjanın əsas anlayışlarını bilməlisiniz. Maliyyə bazarlarında ticarət təcrübəsinə malik deyilsinizsə istifadə olunan termin və anlayışları mütləq öyrənməlisiniz.


Valyuta kursu iki ölkənin milli valyutalarının qarşılıqla olaraq dəyərini ifadə edir. Bu dəyər, sərbəst bazar şəraitində müvafiq valyutalara olan tələblə təklif əsasında və ya bu valyutaların mənsub olduqları ölkələrin Mərkəzi Banklarının sərt nəzarəti altında formalaşa bilər.



Valyuta kurslarının növləri

Birbaşa kotirovkalar

Birbaşa kotirovka milli valyuta vahidinin xarici valyuta vahidi qarşısında dəyərini ifadə edir. Başqa ifadəylə, Birbaşa kotirovka milli valyutanın hansı həcmdə ABŞ dollarına bərabər olduğunu göstərir.



Məsələn: GBP/USD valyuta cütünün 1.6415 məzənnəsi 1 İngilis funtunun 1.6415 ABŞ dollarına bərabər olduğunu göstərir.




Dolayı (əks) kotirovka

Dolayı kotirovka xarici valyuta vahidinin milli valyuta vahidi qarşısında dəyərini ifadə edir. Başqa ifadəylə, Dolayı kotirovka 1 ABŞ dollarının hansı həcmdə milli valyuta vahidinə bərabər olduğunu göstərir.



Məsələn: USD/TRY valyuta cütünün 1.5820 məzənnəsi 1 ABŞ dollarının 1.5820 Türk lirəsinə bərabər olduğunu göstərir.



Çapraz Kurlar Kross kotirovka

Kross kotirovka üçüncü ölkənin valyuta vahidi ilə müqayisədə müəyyən dəyərə malik olan iki ölkə valyutasının bir-biri qarşısında dəyərini ifadə edir. Foreksdə daha çox ABŞ dollarının iştirakı ilə hesablanan kross kotirovkalardan istifadə olunur. Bu halda valyuta cütünün kross-kursu vurma formulu ilə hesablanır.


Məsələn: Avro və İsveçrə frankı arasındakı kross-kurs EUR/CHF=USD/CHFx EUR/USD formulu ilə hesablanır.



Spot kotirovka

Spot kotirovka ticarət sövdələşməsinin rəsmiləşdirmə anında milli valyuta vahidinin xarici valyuta vahidi qarşısında dəyərini ifadə edir. Spot kotirovka valyuta ticarəti əməliyyatlarının icra anına ölkə hüdudlarından kənarda milli valyutanın nə dərəcədə yüksək dəyərləndirildiyini göstərir.



Valyuta kursları


Foreksdə ticarət əməliyyatlarında iştirak edən valyutalar

  • USD: ABŞ dolları
  • CAD: Kanada dolları
  • AUD: Avstraliya dolları
  • NZD: Yeni Zelandiya dolları
  • HKD: Hon-Konq dolları
  • NTD: Yeni Tayvan dolları
  • SGG: Sinqapur dolları
  • Əsas valyutalar
  • EUR: Avro - Avropa Birliyinin vahid valyutası
  • USD: ABŞ dolları
  • GBP: İngilis funt-sterlinqi
  • CHF: İsveçrə frankı
  • JPY: Yapon yenası

Birjalarda qiymət dəyişikliklərinin ən sadə analiz üsulu qrafik analiz metodudur. Qiymət qrafiklərinin bir neçə növü vardır. Bütün qiymət qrafiklərində oxşar cəhət şaquli istiqamətdə qiymət dəyişikliklərinin, üfüqi istiqamətdə isə zamanın əks olunmasıdır.



Əsas qrafik növləri

Çizgisel Grafikler1 - Xətti qrafiklər

Xətti qrafiklər yalnız müəyyən zaman dilimindəki bağlanış qiymətləri ardıcıllığını göstərir. Xətti qrafiklərdən daha çox qısa zaman periodlarında qiymət dəyişikliklərinin analiz edilməsi üçün istifadə edilməsi tövsiyyə olunur.



Çubuk Grafikler2 - Parça qrafikləri - barlar

Seçilən zaman periodu üzrə maksimal qiymət (parçanın təpə nöqtəsi), minimal qiymət (parçanın dib nöqtəsi), açılış qiyməti (parçanın sol çıxıntı səviyyəsi) və bağlanış qiymətinin (parçanın sağ çıxıntı səviyyəsi) əks olunduğu parça qrafiklərindən daha çox uzun zaman periodları üzrə qiymət dəyişikliklərinin analizində istifadə olunur.


Mum Grafikler3 - Yapon şamları

Bu qrafiklər də parça qrafiklərinə oxşar şəkildədir.

A-dan Z-yə Foreks Əlifbası

Foreks və bu birjada uğurlu ticarət sirlərinin ilk dəfə olaraq doğma ana dilimizdə A-dan Z-yə açıqlandığı kitaba Siz də sahib olun! Oxuyun, öyrənin, fürsətləri qazanca çevirin!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!