Addım-addım Foreks

Foreksə Giriş:


İlkin sərmayənizin 10, 20, 50, hətta 100 misli həcmində ticarət edə biləcəyiniz Foreks birjası yüksək qazanc imkanları ilə yanaşı, digər ənənəvi maliyyə bazarlarından çox fərqli üstünlüklər təmin etməkdədir. Bu birjaya qatılaraq zehni imkanlardan limitsiz gəlirin Fərqli Dünyasını kəşf edə bilərsiniz.



4 addımla Foreksin uğurlu iştirakçılarından birinə çevrilə bilərsiniz.


  1. Ticarət platformasını
    yükləyin
  2. Demo hesab açın
  3. Ticarətin nə cür həyata
    keçirildiyini öyrənin
  4. Real Hesab açın

Foreksə qatılmaq və bu birjada ticarət edə bilmək üçün ilk addım ticarət platformasını kompyuter və ya mobil telefona yükləməkdir.


Foreks ticarət platformasını qurduqdan sonra birjadakı qiymət dəyişikliklərini canlı izləyə bilər, zəngin texniki analiz alətləri sayəsində bazarı professional şəkildə incələyə bilər və demo hesablarda ticarət edərək heç bir risk etmədən təcrübənizi artıra bilərsiniz.

Kompyuterinizə quracağınız və ya birbaşa WEB üzərindən istifadə edə biləcəyiniz ticarət platforması zəngin analiz imkanlarına sahibdir. Bununla yanaşı, bu ticarət platforması vasitəsilə Foreksdə ticarət əməliyyatlarınızı da olduqca rahat və etibarlı şəkildə icra edə bilərsiniz.


Ticarət platforması vasitəsilə:

  • Qiymət dəyişikliklərini canlı izləyə bilərsiniz
  • Birjadakı tendensiyaları texniki analiz edə bilərsiniz


Ticarət platformasını



Demo hesablar Sizə maliyyə bazarlarında analiz və ticarət bacarığınızı artırmağa imkan yaradır. Demo hesablarda çalışaraq heç bir risk etmədən real birja ticarəti üçün mükəmməl təcrübə qazana bilərsiniz. Demo hesabların bir sıra xüsusiyyətləri istisna olmaqla Real Hesablardan praktiki olaraq heç bir fərqi yoxdur.


Demo hesablarda bütün mənfəət və zərərlər virtual olduğundan bu növ hesabların açılması üçün heç bir ilkin sərmayə yatırımı tələb olunmur. Demo hesablarda istənilən həcmdə virtual vəsaitlə ticarət edə bilərsiniz. Lakin, Demo hesabınızın həcmini gələcəkdə açmağı planlaşdırdığınız Real Hesab həcminə uyğun seçməyiniz daha məqsədəuyğundur.


Demo hesablarda müştərilərin ticarət sərəncamları avtomatik olaraq, Real Hesablarda isə birbaşa broker tərəfindən icra edilir. Məhz bu səbəbdən Real Hesablarda ticarət sərəncamları Demo hesablarla müqayisədə 2-3 saniyə gecikmə ilə icra edilə bilər.


Platforma vasitəsilə ticarət


Ticarət platforması Foreks iştirakçılarının professional birja ticarəti üçün lazım olan bütün xüsusiyyətlərə malikdir. Real birja ticarətinə başlamadan öncə bu platforma vasitəsilə alqı-satqı əməliyyatlarının nə cür həyata keçirildiyini öyrənməlisiniz.


Aşağıdakı videoda ticrət platformasının texniki xüsusiyyətləri ilə yanaşı praktiki ticarət nümunəsi ilə də tanış olaraq Foreksin məntiqini daha dərindən anlaya bilərsiniz.


Demo hesablarda ticarət edərək Foreksdə ticarətin xüsusiyyətləri, alqı-satqı əməliyyatlarının icrası və qiymət dəyişikliklərinin analizi ilə bağlı təcrübənizi artıra bilərsiniz.


Demo hesablarda təcrübənizi artırmış və Foreksin fəaliyyət məntiniqini qavramısınızsa deməli artıq bilik və bacarığınızı real qazanca çevirmək vaxtıdır.


Real hesab açaraq Foreksdə valyutalar, qiymətli metallar, enerji daşıyıcıları və birja indeksləri ilə real ticarət edə bilərsiniz. Real hesabınıza sərmayə yerləşdirdikdən sonra Ticarət platforması vasitəsilə Beynəlxalq Maliyyə Bazarlarına yerləşdiyin istənilən məkandan və dilədiyiniz istənilən vaxt qatılaraq fərqli qazancın zövqünü hiss edin!


A-dan Z-yə Foreks Əlifbası

Foreks və bu birjada uğurlu ticarət sirlərinin ilk dəfə olaraq doğma ana dilimizdə A-dan Z-yə açıqlandığı kitaba Siz də sahib olun! Oxuyun, öyrənin, fürsətləri qazanca çevirin!

Foreks Treyder Yarışması

Bütün dünyadan treyderlərin qatıldığı Foreks yarışmasında Siz də gücünüzü sınayın. Həm təcrübənizi artrın, həm də ticarət hesabı uğrunda yarışın!